Çin Qəzzada sülh konfransı keçirməyə çağırır

   Çin Qəzzada sülh konfransı keçirməyə çağırır
  15 Yanvar 2024    Oxunub:1115
Çinin xarici işlər naziri Van Yi Qəzza zolağında münaqişənin genişlənməsi və Qırmızı dənizin yeni qaynar nöqtəyə çevrilməsi fonunda "genişmiqyaslı və nüfuzlu" sülh konfransının təşkilinə çağırış edib.
AzVision.az xəbər verir ki, həftə sonu Qahirədə misirli həmkarı Samih Şükri ilə danışıqlardan sonra Çin XİN rəhbəri bu barədə jurnalistlərə açıqlama verib.

"Beynəlxalq ictimaiyyət Yaxın Şərqdəki haqlı problemləri diqqətlə dinləməlidir. Çin daha genişmiqyaslı, nüfuzlu və effektiv beynəlxalq sülh konfransının toplanmasına, münaqişənin həlli naminə xüsusi tədbirlər planının hazırlanmasına, sülh danışıqlarının tezliklə bərpasına çağırış edir", - o deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Çin   Qəzza   münaqişə   sülh  





Xəbər lenti