Kanada xarici tələbələrə məhdudiyyət qoyur

Kanada xarici tələbələrə məhdudiyyət qoyur
  15 Yanvar 2024    Oxunub:948
Əhalinin sıxlığı ucbatından mənzil çatışmazlığı ilə üzləşən Kanadada hökumət ölkəyə gələn xarici tələbələrin sayını məhdudlaşdıracaq.
AzVision.az xəbər verir ki, əhalinin qocalması Kanada iqtisadiyyatını immiqrasiyadan asılı salsa da, mənzil çatışmazlığı böhranı pik həddə çatıb. Hökumət problemin həlli yolunu miqrantların, eləcə də xarici tələbələrin ölkəyə köçünə məhdudiyyət qoymaqda görür.

Kanadanın immiqrasiya, qaçqınlar və vətəndaşlıq naziri Mark Miller ölkədəki əcnəbi tələbə sayının çoxluğuna diqqət çəkərək, bu sahənin ciddi nəzarətə götürüldüyünü və tədbirlər planı hazırlandığını bildirib

(Kanadanın immiqrasiya, qaçqınlar və vətəndaşlıq naziri Mark Miller)

Rəsmi məlumatlara görə, hazırda Kanadada 800 mindən çox əcnəbi tələbə var. Bu göstərici 2012-ci ildə 275 min nəfər idi.

Sorğular göstərir ki, Kanada xalqı immiqrasiyanı mənzil böhranının və ictimai xidmətlərdəki problemlərin ən mühüm səbəbi kimi görür. Ölkədə əhali 2023-cü ilin üçüncü rübündə 430 min nəfər artıb ki, bu rəqəm 1957-ci ildən bəri ən böyük əhali artımı kimi qeydə alınıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Kanada   tələbələr   miqrasiya  





Xəbər lenti