İrandakı partlayışlarda Qızıl Aypara Cəmiyyətinin üç əməkdaşı həlak olub
“Kirmanda terror aktı qurbanlarına kömək üçün partlayış yerinə göndərilən 3 xilasedici ikinci partlayış zamanı həlak olub”, - məlumatda bildirilir.
Qeyd edək ki, İranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində 103 nəfər ölüb, daha 141 insan yaralanıb.
İRNA-nın məlumatına görə, birinci partlayış Sepah-ın Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin məzarının 700 metrliyində, ikinci partlayış isə ziyarətgahın bir kilometrliyində, nəzarət-buraxılış məntəqəsi yaxınlığında qeydə alınıb.
Kirman qubernatorunun təhlükəsizlik üzrə müavini partlayışların terror aktı olduğunu təsdiqləyib.
Yaralananlardan bəzilərinin vəziyyəti ağır kimi qiymətləndirilir və ölü sayının artacağı ehtimalı var.
AzVision.az
Teqlər: