Husilər Fransaya məxsus şirkətin ticarət gəmisinə hücum ediblər

Husilər Fransaya məxsus şirkətin ticarət gəmisinə hücum ediblər
  03 Yanvar 2024    Oxunub:970
Husilər Fransanın CMA CGM şirkətinə məxsus “Tage” ticarət gəmisinə hücum ediblər.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya bildirib.

“Yəmən Hərbi Dəniz Qüvvələri işğal olunmuş Fələstinin limanlarından birinə gedən CMA CGM şirkətinin “Tage” gəmisinə qarşı məqsədyönlü əməliyyat keçirib”, - o əlavə edib.

Qeyd edilib ki, husilər gəmiyə hücum edib, çünki gəmi heyəti xəbərdarlıqlara cavab verməkdən imtina edib. İsrailə gedən gəmilərə hücumların davam etdiriləcəyini də vurğulayıb.

Y.Sariya bildirib ki, ABŞ-nin husilərə qarşı mübarizə cəhdləri cavabsız qalmayacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti