Azərbaycan çempionatlarında 250-dən çox oyun keçirən futbolçular - SİYAHI

Azərbaycan çempionatlarında 250-dən çox oyun keçirən futbolçular    - SİYAHI
  02 Yanvar 2024    Oxunub:1398
Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə iştirak edən futbolçulardan 10-u ölkə çempionatında 250 və daha çox oyun keçirib.
Peşəkar Futbol Liqasının Mətbuat Xidməti xəbər verir ki, turnirin ən təcrübəli üç oyunçusu öz komandasının kapitanıdır.

“Qəbələ”nin üzvü Asif Məmmədov karyerasını Premyer Liqada davam etdirənlər arasında hamıdan öndədir. O, “Qarabağ”lı Maksim Medvedevi səkkiz, “Kəpəz”in üzvü Vurğun Hüseynovu doqquz matç qabaqlayır.

Bu üç kapitandan başqa, daha iki futbolçu 300-ü keçib. Digər beş oyunçu isə 250-dən artıq görüşün iştirakçısıdır.

Onluqda “Qəbələ”nin üç futbolçusu var. “Qarabağ”la “Neftçi” iki üzvünün təcrübəsi ilə öyünə bilər. “Kəpəz”, “Turan Tovuz” və “Zirə”də bir belə oyunçu var. Lakin qəsəbə klubunun qapıçısı digər doqquz futbolçudan fərqli olaraq bu mövsüm meydana çıxmayıb.

1 Asif Məmmədov “Qəbələ”

377

2 Maksim Medvedev “Qarabağ”

369

3 Vurğun Hüseynov “Kəpəz”

368

4 Qara Qarayev “Neftçi”

317

5 İlkin Qırtımov “Qəbələ”

312

6 Slavik Alxasov “Turan-Tovuz”

285

7 Anar Nəzirov “Zirə”

279

8 Urfan Abbasov “Qəbələ”

278

9 Rəhman Hacıyev “Neftçi”

266

10 Riçard Almeyda “Qarabağ”

261

AzVision.az




Teqlər:





Xəbər lenti