Kosmosa qara dəlikləri araşdıran peyk göndərildi

Kosmosa qara dəlikləri araşdıran peyk göndərildi
  02 Yanvar 2024    Oxunub:1772
Hindistanın XPoSat peyki PSLV-C58 daşıyıcı aparatı vasitəsilə uğurla kosmosa çıxarılıb.
Bu barədə ölkənin Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) “X” sosial şəbəkəsində məlumat yayıb.

Qeyd edilib ki, “X-ray” polarimetriya peykinin buraxılışı Hindistan üçün bir ilkdir. Belə ki, əvvəllər analoji cihazlar yalnız ABŞ tərəfindən kosmosa göndərilib.

Məlumata görə, peykin avadanlığı təxminən 50 potensial kosmik mənbədən gələn rentgen şüalarının qütbləşməsini ölçəcək. Bu cür tədqiqatların qara dəliklərin, neytron ulduzların, aktiv qalaktik nüvələrin və pulsar külək dumanlıqlarının təbiətini daha yaxşı başa düşməyə kömək edəcəyi gözlənilir.
AzVision.az



Teqlər: Peyk  





Xəbər lenti