Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb
Dünyasını dəyişənlərin hamısı yeraltı təkanların ən çox hiss olunduğu və ən böyük dağıntılara səbəb olduğu İsikava prefekturasının sakinləridir.
Bu rayonda taxta evlərin və yaşayış binalarının azı 50 faizi uçub, 200-dən çox ev yanıb.
Hadisə yerində xilasedicilər və yanğınsöndürənlər işləyir, faciənin nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün Yaponiyanın özünümüdafiə qüvvələrinin bölmələri bölgəyə göndərilib.
Dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimal edilir.
AzVision.az
Teqlər: