24 məzun qızıl və gümüş nişana layiq görülüb

24 məzun qızıl və gümüş nişana layiq görülüb
  18 Dekabr 2023    Oxunub:2496
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrini 2023-cü ildə 24 məzun qızıl və gümüş nişanla başa vurub.
BŞTİ-dən AzVision.az -a verilən məlumata görə, paytaxt məktəblərinin XI sinif məzunlarından 18-i qızıl, 6-sı gümüş nişana layiq görülüb.

Qeyd edək ki, namizədlər qızıl və gümüş nişana Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti