Yanukoviçin milyonları əlindən alındı

Yanukoviçin milyonları əlindən alındı
  19 İyun 2014    Oxunub:1030
Lixtenşteyn Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin hesablarını bağlayıb.
AzVision.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Ukrayna baş prokuroru əvəzi Oleq Maxnitskinin bildirdiyinə görə,
Yanukoviçin yaxın adamlarının da bank hesabları dondurlub.

Bundan əvvəl Ukrayna Maliyyə Monitorinq Xidməti Yanukoviçə bağlı 19 ofşor şirkətin hesablarındakı 1 milyard 340 milyon ABŞ dollarını qapadıb.

Qeyd edək ki, İsveçrə bankları da Yanukoviç və sabiq hökumət üzvlərinin hesablarındakı 137 milyon avro pulunu dondurmuşdu.

AzVision.az


Teqlər:  





Xəbər lenti