Sabiq prezident ömürlük həbs edildi

Sabiq prezident ömürlük həbs edildi
  18 İyun 2014    Oxunub:1042
Ankara məhkəməsi Türkiyənin keçmiş prezidenti Kənan Evrenin ömürlük həbsə məhkum edilməsi ilə bağlı qərar verib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş baş qərargah rəisi Kənan Evrenlə yanaşı 89 yaşlı keçmiş Hərbi Hava qüvvələri generalı Tahsin Şankaya da ömürlük həbsə məhkum edilib.

Onlar Türkiyə Konsitutsiyası Cinayət Məcəlləsinin 146-cı maddəsinə (Dövlət adamları əleyhinə cinayət) uyğun olaraq cəzalandırılıblar.

Qeyd edək ki, hazırda 97 yaşı olan Kənan Evrən 1980-ci ildə Türkiyədəki hərbi çevrilişə rəhbərlik edib və çevrilişdən sonra ölkəni idarə edib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti