Ruhani sünniləri hədələdi

Ruhani sünniləri hədələdi
  18 İyun 2014    Oxunub:946
İran İraqdakı şiə ziyarətgahlarının “İraq və Şam islam Dövləti” (İŞİD) yaraqlılarından qorumaq üçün əlindən gələn hər şeyi edəcək.

AzVision.az-ın Qərb KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə İran prezidenti Həsən Ruhani bildirib.

“İraqdakı şiə imamlarının məqbərələrinə gəlincə, biz böyük dövlətləri, onların köməkçiləri, qatillər və terrorçulara xəbərdarlıq edirik ki, böyük İran xalqı ziyarətgahları qorumaq üçün hər şey edəcək”, - deyə Ruhani İran-İraq sərhədi yaxınlığında yerləşən Hürəmabad şəhərində çıxışı zamanı bildirib.

Qeyd edək ki, iyun ayından etibarən İraqda vəziyyət gərgin olaraq qalır. Belə ki, İŞİD yaraqlıları Mosul və kərkük kimi bir sıra strateji şəhərləri ələ keçirərək İraqın paytaxtı Bağdada doğru hərəkət edirlər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti