Kərzay: Əfqanıstan ikinci İraq olmayacaq

Kərzay: Əfqanıstan ikinci İraq olmayacaq
  18 İyun 2014    Oxunub:1003
Əfqanıstan prezidenti Həmid Kərzay “Əl-Qaidə”nin ölkəyə qayıtması ehtimalına inanmadığını bəyan edib.
Bu barədə AzVision.az “BBC”yə istinadən xəbər verir.

Prezident hazırda İraqda baş verənlərin Əfqanıstanda təkrarlanmayacağına əmin olduğunu ifadə edib. Kərzayın sözlərinə görə, “terrorla müharibə” çərçivəsində Əfqanıstandakı yaşayış məntəqələrinə deyil, xaricdə olan hərbi bazalara zərbələr endirilməlidir.

Ekspertlər prezident bu çıxışında Pakistanda olan taliban bazalarını nəzərdə tutduğunu bildirilər.

Qeyd edək ki, səlahiyyət müddəti başa çatan Əfqanıstan prezidenti Həmid Kərzay, ABŞ hərbçilərinin bu ölkədə qalmaq müddətinin artırılması ilə bağlı sazişi imzalamaqdan imtina edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti