İŞİD 60 əcnəbini girov götürdü

İŞİD 60 əcnəbini girov götürdü
  18 İyun 2014    Oxunub:979
İraqda Tikrit-Kərkük yolunda İŞİD terror qruplaşmasının üzvləri 60 əcnəbi vətəndaşı girov götürüb.
AzVision.az xəbər verir ki, bu barədə iraqlı olduğu üçün İŞİD-in azad etdiyi Turqay Hürmüzlü məlumat verib. Onun sözlərinə görə pasport yoxlanışı zamanı İŞİD üzvləri iraqlıları buraxsa da 60 əcnəbini girov götürüb.

Girov götürülənlər arasında 15 türk vətəndaşından əlavə Pakistan, Türkmənistan və Nepaldan olan işçilər də var.

Hürmüzlü qeyd edib ki, həmin işçilər Süleymaniyə şəhərinə, oradan da öz ölkələrinə getmək üçün yola çıxmışdılar.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti