Bağçalarda qida rasionu ilə bağlı standartlar dəyişəcək

 Bağçalarda qida rasionu ilə bağlı standartlar dəyişəcək
  28 Noyabr 2023    Oxunub:1310
"Bağçalarda uşaqların qida rasionu ilə bağlı mövcud standartlara dəyişikliklərin edilməsi nəzərdə tutulur".
AzVision.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

"Bağçalarda qidalanma qanunvericilikdə nəzərdə tutulan standart və normalar əsasında həyata keçirilir. İsti yeməklərin verilməsi ilə bağlı icra etdiyim pilot layihənin məqsədi odur ki, uşaqlara lazımi miqdarda yeməyin vaxtında, isti və menyuya uyğun verilməsini təmin edək.

Nazirlik səhiyyə qurumları və qida təhlükəsizliyi məsul olan orqanlarla əməkdaşlıq edir. Standartlarda mövcud yeni yanaşmaların, yeni tədqiqat nəticələrinin məhsullarını standartlarda nəzərdə tutacağıq. Ümid edirəm ki, növbəti ilin əvvəlində bununla bağlı normativ sənədlərdə dəyişikliklər nəzərdə tutulacaq", - Agentliyin direktoru əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti