Türkiyədə Təlim və Təhsil Mərkəzinin növbəti təhsil forumu olub

Türkiyədə Təlim və Təhsil Mərkəzinin növbəti təhsil forumu olub
  25 Noyabr 2023    Oxunub:1526
Türkiyədə Təlim və Təhsil Mərkəzinin növbəti təhsil forumu 16-20 noyabr 2023-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində olub.
2014-cü ildən ardıcıl olaraq təşkil edilən İstanbul forumunda bu səfərdə 45 müəllim-professor heyəti iştirak edib. Respublikanın öncül ali və orta təhsil müəssisələrinin müəllimlərindən ibarət komandamızın iştirakı ilə 16-20 noyabr tarixlərində təşkil olunan “Eğitimcinin Eğitimi” İstanbul Forumuna start verilmişdir.



Forumun ilk iki günündə Türkiyə Cumhuriyyətinin ən böyük universitetlərindən olan İstanbul Beykent və Nişantaşı universitetləri ziyarət olundu. Beykent universitetinin “Modern Eğitim”, Nişantaşı universitetində isə “Z nəsli ilə təlim və tədrisin təşkili” adlı seminarlarda komandamız iştirak etdi. Universitetlərin kampusunu gəzərək müəllim və tələbə heyəti ilə tanış oldu.



Forumun 3-cü günündə Enigma Akademiyada “Akıl ve Zeka” oyunları adlı təlim keçirildi. Növbəti görüş isə H.Cavid adına Türkiyə-Azərbaycan məktəbi oldu. Məktəbdə şagird və müəllim heyəti ilə görüş keçirildi. “Zəka” Printin nəşriyyatı olan kitablar və əyani vəsaitlər məktəbin kitabxanasına hədiyyə olundu.



Vətən müharibəsi qəhrəmanlarının tanıdılması və təbliği təhsil işçilərinin qarşılarına qoyduqları ali məqsədlərdən biri olduğuna görə, Vətən müharibəsi qəhrəmanlarından polkovnik Anar Əliyev, Gizir Camal İsmayılov və Xocavənd şəhidləri “Vətən sizə minnətdardır” adlı kitablar və.s təqdim edildi. Onlar haqqında şagirdlərə və inzibati heyətə məlumat verildi. Bununla yanaşı görüşdüyümüz Türkiyə ali təhsil ocaqlarında təhsil alan xarici tələbələrə Azərbaycan tarixinin 1-ci və 2-ci Qarabağ savaşında Azərbaycan xalqının haqq səsini öz qanları ilə dünyaya Zəfərlə bəyan edən vətən fədailə haqqında da geniş məlumat verildi.



Azərbaycan məktəblərində öz dilimizdə təhsil alan həmyerlilərimizin vətən hüdudları kənarlarında dilimizin gözəllikləri ilə yaxından tanış olması, yeni biliklər əldə edilməsi üçün bir neçə millət vəkilinin könüllü şəxsi istəkləri ilə verilən əyani dərs vəsaitlərini onlara təqdim etdik. Biz bununla onların hər zaman yanında olduğunu göstərməyə çalışdıq.



Təlimlər zamanı keçirilən seminarlarda qarşılıqlı fikir mübadilələri aparıldı. Türkiyə və Azərbaycan təhsil sisteminin oxşar və fərqli cəhətlərinin müqayisəsi aparıldı və gələcəkdə bu sahədə səmərəli yeniliklər haqqında işlərin görülməsi barədə müqavilələr imzalandı. Bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcəkdir.





AzVision.az



Teqlər:





Xəbər lenti