İŞİD daha bir şəhəri ələ keçirdi

İŞİD daha bir şəhəri ələ keçirdi
  17 İyun 2014    Oxunub:962
“İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının yaraqlıları İraqın Bakuba şəhərini ələ keçirib.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu şəhər paytaxt Bağdadan 60 kilometr uzaqlıqda yerləşir.

Bakuba şəhəri yaxınlığında terrorçular və İraq hərbçiləri arasında gedən qanlı döyüşlər zamanı onlarla dinc sakin öldürülüb. Ölən və yaralıların dəqiq sayı barədə rəsmi məlumat yoxdur.

Yerli rəsmilərin məlumatına görə, terrorçular həmçinin Naynava vilayətində yerləşən Təl-Əfar şəhərini də nəzarətdə saxlayırlar.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti