Körpələr doğuşdan əvvəl dil öyrənməyə başlayırlar

   Körpələr doğuşdan əvvəl dil öyrənməyə başlayırlar
  23 Noyabr 2023    Oxunub:2075
Padua Universitetinin italyan alimləri müəyyən ediblər ki, körpələr hələ doğuşdan əvvəl dilləri mənimsəyir.
Araşdırma "Science Advances" elmi jurnalında dərc olunub. Əvvəlki araşdırmalara görə, doğulmamış uşaqlar hamiləliyin yeddinci ayında ananın bədənindən kənar səsləri qəbul edə bilirlər. Onlar ana bətnində analarının səsini tanıya, hətta nitqin ritm və melodiyalarını götürə bilirlər.

Yeni tədqiqatda anaları fransızca danışan 33 yeni doğulmuş körpə iştirak edib. Körpələrə ensefaloqrafiya (EEQ) vasitəsilə beyin fəaliyyəti ölçülərkən, uşaqlar üçün “Qızıl qıfıllar və Üç Ayı” hekayəsinin fransız, ingilis və ispan versiyaları səsləndirilib.

Tədqiqatın əsas tapıntısı, sonuncu dəfə fransızca dinləyən körpələrin beyin salınımlarında uzunmüddətli temporal korrelyasiyaların (LRTCs) artdığını göstərməsi idi. Bu LRTC-lər nitqin qavranılması və işlənməsi ilə əlaqələndirilir. Başqa sözlə, doğuşdan qısa müddət sonra fransız dili eşidən körpələrin sinir fəaliyyətinə nəzərəçarpacaq dərəcədə artması olub.

Tədqiqatçılar bildirib ki, uşaqlar digər dillərdə səslən sözlərə anasının danışığıdı dil kimi reaksiya vermir. Bu tapıntı körpələrin beyinlərinin uşaqlıqda məruz qaldıqları dil elementlərinə uyğunlaşdırıldığı fikri ilə uyğun gəlir.

AzVision.az


Teqlər:





Xəbər lenti