Rus nazir: `Azərbaycan Avrasiya İttifaqına qoşula bilər`

Rus nazir: `Azərbaycan Avrasiya İttifaqına qoşula bilər`
  17 İyun 2014    Oxunub:1248
Azərbaycan perspektivdə Avrasiya iqtisadi ittifaqına (Aİİ) qoşula bilər.
AzVision.az-ın məlumatına görə, bu barədə Rusiya regional inkişaf naziri İqor Slyunyayev “Rusiya biznes-qəzeti”nə müsahibəsində bildirib.

“Avrasiya iqtisadi ittifaqı yalnız iqtisadi sahədə deyil, həm də siyasi baxımdan strateji layihədir. Ona görə də Azərbaycanın Aİİ-yə və ya Gömrük Şurasına qoşulması tamamilə real perspektivdir. Mən hadisələrin bu cür inkişafını istisna etmirəm”, - deyə Slyunyayev bildirib.

O həmçinin vurğulayıb ki, Azərbaycan Rusiyanın tarixi və etibarlı tərəfdaşıdır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti