Rusiya İrəvanın cinayət işi açdığı generalla bağlı tələbini rədd etdi |
Moskva əvvəllər İrəvanın Poqosyanı Ermənistana təhvil verməklə bağlı tələbindən imtina edib.
Qeyd edək ki, 2018-ci il hakimiyyət dəyişikliyindən sonra, 2019-cu ilin aprelində Xüsusi İstintaq Xidməti (indiki Korrupsiyaya Qarşı Mübarizə Komitəsi-red.) Mihran Poqosyanın ictimai təhlükəli əməllər törətməkdə təqsirləndirilən şəxs kimi istintaqa cəlb olunacağını elan edib. Ermənistanda uzun illər bizneslə vəzifəni "uğurla şəkildə" birləşdirən və buna görə məsuliyyətə cəlb olunmayan Poqosyan Rusiyada məskunlaşmışdı. O, burada da yenidən biznesə başlayıb.
Poqosyanın rəhbəri olduğu "PGS" MMC Rusiyada qeydiyyata alınıb. 2021-ci ildəki rəsmi məlumatlara görə, PGS-nin gəlirləri 195 milyon rubl təşkil edib. Şirkətin əsas fəaliyyət sahəsi meyvə-tərəvəzin topdansatışı olsa da, o digər sahələrdə də fəaliyyət qurub.
Xatırladaq ki, Poqosyan vaxtilə Ermənistanda bananın idxalı ilə məşğul olan əsas monopolist olub. Ən maraqlısı isə budur ki, onun meyvə biznesi ilə məşğul olan "Katrini Mihran" adlı şirkəti vergidən yayınmaq üçün bananları Ermənistana “emal üçün müvəqqəti idxal” adı ilə gətirib. Sənədlərdə gətirilən məhsulların emal edildikdən sonra tropik ölkə olan Baham adalarına ixrac edildiyi göstərilirmiş.
O, "kokain işi" üzrə 2023-cü ilin mayında da axtarışa verilib.
Tural Tağıyev
AzVision.az