Avtobus qəzaya düşdü: 11 ölü, 40 yaralı

Avtobus qəzaya düşdü: 11 ölü, 40 yaralı
  17 İyun 2014    Oxunub:843
Hindistanda turistlərin apardığı avtobus dərəyə yuvarlanıb.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ən azı 11 nəfər ölüb, 40 nəfər yaralanıb.

Yol qəzası ölkənin şimalında yerləşən Himaçal – Pradeş ştatında baş verib. Yarlıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Hadisə şahidlərinin verdiyi məlumata görə, yerli sakinlər polis və xilasedicilər qəza yerinə gələnə qədər dərəyə yuvarlanan avtobusdan ölənlərin cəsədlərini çıxardıblar.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti