ATƏT də "Qarabağ Azərbaycandır!" dedi
ATƏT-in rəsmi saytında xanım prezidentin Ermənistana səfəri barədə məlumat yayılıb. Ancaq açıqlamada "Qarabağ" toponimindən istifadə edilməyib. Bildirilir ki, Pia Kauma Ermənistan baş naziri Nikol Paşinyan, Milli Assambleyanın sədri Alen Simonyan və xarici işlər nazirinin müavini Vahe Gevorqyanla görüşüb və əsasən sülhdən danışıb. Açıqlamada Qarabağı könüllü tərk edən ermənilər "Azərbaycandan gələn qaçqınlar" adlandırılıb və Qarabağın Azərbaycan ərazisi olduğu bir daha təsdiqlənib.
ATƏT-in mövcud reallıqları qəbul edərək rəsmi açıqlamasında Qarabağın adını çəkməməsi erməniləri məyus edib. Erməni mətbuatında və sosial şəbəkələrdə bunu Ermənistan diplomatiyası üçün fiasko adlandırıblar və hökumətə qarşı ittihamlar səsləndirilib.
Qeyd edək ki, Pia Kaumanın Bakıya səfərindən sonra yayılan açıqlamada da Azərbaycanın Qarabağ üzərində nəzarəti bərqərar etməsi təsdiqlənmişdi. ATƏT-in Parlament Assambleyası işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsini və yenidən qurulmasını, qaçqınların və keçmiş məcburi köçkünlərin hüquqlarının təmin olunması istiqamətində Azərbaycanın atdığı addımları alqışlayır və dəstəkləyir.
AzVision.az
Teqlər: