Polşa tank əleyhinə sursat istehsalını artırır
İstehsal Amerikanın Northrop Grumman Corp müdafiə korporasiyası ilə birgə həyata keçiriləcək.
"Hazırda biz Northrop Grumman ilə 120 mm-lik geniş çeşiddə döyüş sursatlarının istehsalı üçün texnologiya transferi və istehsal əməkdaşlığına hazırlaşırıq" dedi.
Kovalçukun sözlərinə görə, tərəflər müvafiq müdafiə müqaviləsini ya dekabrda, ya da 2024-cü ilin yanvarın əvvəlində imzalayacaqlar. Ölkə Ukraynada davam edən müharibə fonunda illik sursat istehsalını bir neçə mindən 70 minə çatdırmağı planlaşdırır.
AzVision.az