Lavrov Bakıya gəlir

Lavrov Bakıya gəlir
  17 İyun 2014    Oxunub:912
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana rəsmi səfər edəcək.
AzVisioon.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Rusiya XİN rəhbəri azərbaycanlı həmkarı Elmar Məmmədyarov və ölkə prezidenti İlham Əliyevlə də görüşəcək.

Qeyd edək ki, cari ildə Elmar Məmmədyarov və Sergey Lavrov artıq dördüncü dəfə görüşəcək.

Görüş zamanı Xəzərin hüquqi statusu və Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla bir sıra beynəlxalq və regional məsələlər müzakirə ediləcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti