Tetçerin evi satışa çıxarıldı

Tetçerin evi satışa çıxarıldı
  17 İyun 2014    Oxunub:823
Londonda Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerin evi satlığa çıxarılıb.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, 4 mərtəbəli malikanənin ümumi sahəsi 650 kv. metrdir. O, paytaxtın ən bahalı rayonlarından birində, Belqraviyada, Bukinhem sarayı və “Hayd –park”ın yaxınlığında yerləşir.

İlkin qiymət 59,5 milyon dollardır. Ancaq evdə M.Tetçerin xatirəsinə qoyulan lövhə də var. Ona görə də malikanənin qiymətinin daha bir neçə milyon dollar qalxması ehtimal edilir.

Mənbə bildirib ki, hazırda binada əsaslı təmir işləri görülür. Malikanədə yenidənqurma işlərinin 2015-ci ilin yayında başa çatacaq.


Teqlər:  





Xəbər lenti