İŞİD-i kim dəstəkləyir? - VİDEO

İŞİD-i kim dəstəkləyir? - VİDEO
  17 İyun 2014    Oxunub:1271
İraq Şam İslam Dövləti qruplaşmasının silahlıları Bağdada doğru irəlilədikcə onun arxasında dayananlar ortaya çıxır.
Rəsmi Bağdad Amerika Birləşmiş Ştatları təqsirli bilir. İŞİD isə dəhşət dolu hərəkətlərini indi canı bir, qanı bir bizdən olan türkmənlərin yaşadığı ərazilərdə törədir.

Mosulu aldıqdan sonra İraqda irəliləməyi davam edən İŞİD Bağdad yaxınlığındakı qəsəbələrdə nəzarəti ələ keçirib. Məshəb müharibəsinin daha ağır nəticəsinin olacağını bəhanə edən əsgərlər isə döyüş bölgələrini hələ də qoyub qaçırlar. Hansıki, bu əsgərlər məhz Amerikanın təlim keçdiyi hərbçilərdir. Hətta geyimləri də Amerika əsgərlərinin formasıdır. Baş nazir Nuri əl-Maliki əsgərlərinin belə addım atmasında məhz elə Birləşmiş Ştatlar əli olduğunu, sünni və şiə savaşında Amerikanın neft kimi maraqları barədə fərziyyələr də ortaya atıb. Bu məsələyə Obamanın reaksiyası da qəribə olub. Biz təlim keçmişik, yerinə isə biz yox, elə siz döyüşməlisiz, deyib. Birləşmiş Ştatların ölkəmizdəki keçmiş səfiri Metyu Brayza isə Amerikanın bu məsələdə mövqeyinin açıq-aşkar ortada olduğunu söyləyir.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın sözlərinə görə, Barak Obama İraqdakı vəziyyətin nə qədər gərgin və dramatik olmasını dəyərləndirməlidir: “O, İraq müharibəsini sevmədiyinə görə ilk olaraq əsgərləri İraqdan və Əfqanıstandan çıxartdı. Birləşmiş Ştatlar İraqda və Suriyada vəziyyəti bərpa etmək üçün son bir neçə ildə xeyli iş görüb. İraqda baş verən müharibənin nəticələrini indi demək mümkün deyil. Amma terrorizmin artacağı və bunun Avropa və Amerikaya da təsirsiz ötüşməyəcəyi istisna edilmir”.

İŞİD-in Bağdadı ələ keçirəcəyindən ehtiyat edən Vaşinqton, əvvəlcə İraqa hərbi qüvvə göndərməkdən imtina etsə də, sonda problemi həll etmək üçün dünya dövlətlərilə dialoqun vacib olduğunu söyləyib. İndi narahatlıq doğuran İraq torpaqlarında yeni bir dövlətin yaradılmasıdır. Burda İranın yanaşması maraqlıdır. Qərbdən fərqli olaraq İran prezidenti Həsən Ruhani Nuri əl-Malikiyə deyib ki, İraqın süverenliyinin zədələnməsinə onlar imkan verməyəcəklər.

İraqın baş naziri Nuri əl-Maliki orduya könüllü qoşulan şiə iraqlıların toplaşdığı düşərgəyə baş çəkib. Dini liderlərin çağırışlarından sonra minlərlə insan İŞİD təhlükəsini aradan qaldırmaq üçün hərbi xidmətə yazılıb.

İraqın şimalında yerləşən Mosul şəhərindən başlayaraq cənuba doğru irəliləyən İŞİD bu gün türkmənlərın çoxluq təşkil elədiyi Telafər kəndini işğal edib. Hücum zamanı əksəriyyəti şiə türkmənləri olmaqla, xeyli sayda dinc sakinin öldüyü və yaralandığı xəbər verilir. Blokadada olan türkmənlər isə peşmərgə adlanan kürdlərdən yardım istəyiblər. Türk mənbələri isə xəbər verir ki, İŞİD-in əsas hədəfi məhz şiə təriqətindən olan türkmənlərdir. (Ans)




Teqlər:  





Xəbər lenti