Yanukoviçin `oğlu` Lukaşenko ilə məzələndi

Yanukoviçin `oğlu` Lukaşenko ilə məzələndi
  17 İyun 2014    Oxunub:750
İnternetdə Vovan222 adı altında məşhur olan dələduz Belarus prezidenti Aleksandr Lukaşenkoya zəng vuraraq onunla zarafat edib.

Özünü Ukraynanın eks prezidenti Viktor Yanukoviçin oğlu kimi təqdim edən dələduz Lukaşenkodan "ata"sı üçün siyasi sığınacaq xahiş edib.

Aleksandr Lukaşenko Viktor Yanukoviçi qəbul etməyə razılaşıb və Yanukoviçin Belarus əsilli olduğunu qeyd edib.

Aleksandr Lukaşenko həmçinin bildirib ki, Yanukoviçin özü sığınacaq haqqında şəxsən ondan xahiş etməyib.(Ans)


Teqlər:





Xəbər lenti