“Məndən siyasətçi olmaz” – Prezidentliyə namizəd

“Məndən siyasətçi olmaz” – Prezidentliyə namizəd
  16 İyun 2014    Oxunub:1072
Türkiyə ana müxalifətinin lideri, "Cümhuriyyət Xalq Partiyası"nın sədri Kamal Kılıçdaroğlu prezident seçkilərində vahid namizədlə bağlı "Milliyyətçi Hərəkat Partiyası"nın sədri Dövlət Bağçalı ilə görüşərək yekun qərar qəbul edib.

Belə ki, Türkiyə müxalifəti prezident seçkilərinə vahid namizədlə gedərək İkmaləddin İhsanoğlunu Ərdoğana qarşı rəqib seçiblər.
Müxalifətin bu addımından sonra Türkiyə mətbuatı İhsanoğlunun ötən il verdiyi maraqlı müsahibəni gündəmə gətirib.

Prezidentliyə vahid namizəd kimi irəli çəkilən İhsanoğlu 2013-cü ildə seçkilərlə bağlı jurnalistlərin sualına “Məndən siyasətçi olmaz” deyərək cavab vermişdi.

“Heç məni siyasətlə maraqlanan gördünüzmü? İstəsəydim siyasətə çoxdan gələrdim. Heç vaxt siyasətə maraq göstəmədim. Məndən siyasətçi olmaz”-deyə İhsanoğlu bildirmişdi.

Qeyd edək ki, prezidentliyə namizəd kimi adı hallanan E,İhsanoğlu İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibidir. Onun bu çıxışından sonra Ərdoğan hakimiyyətinə qarşı siyasi mübarizədə qalib gələcəyi sual doğurur.

Anar


Teqlər:





Xəbər lenti