Rusiya Moldovanı `müharibə` ilə hədələdi

Rusiya Moldovanı `müharibə` ilə hədələdi
  16 İyun 2014    Oxunub:1116
Moldova Avropa İttifaqına inteqrasiya edəcəyi təqdirdə ağır fəsadlarla üz-üzə qala bilər, deyə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Lixaçev ölkəsi adından Moldovaya xəbərdarlıq göndərib.

“ Moldova iki tənzimləyici sistemlə - MDB və Avropa İttifaqı birdən baş edə bilməz. Əgər Avropa İttifaqını seçərsə, MDB sistemi onun üçün rahat olmayacaq. Bu məqamları moldavan həmkarlarımızın diqqətinə çatdırdıq. Lakin onlar heç bir problem olmayacağını düşünürlər”.

Qeyd edək iyunun 27-də Moldova Avropa İttifaqı ilə Assosiasiya Sazişi imzalamalıdır. Bununla bağlı Rusiya ilə Moldova arasında məsləhətləşmələr aparılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti