Azyaşlının `İŞİD` terrorçusuna ürəkağrıdan sualı - VİDEO

Azyaşlının `İŞİD` terrorçusuna ürəkağrıdan sualı - VİDEO
  16 İyun 2014    Oxunub:1232
`Nə üçün anamı və atamı öldürdün? İndi kimi öpüb qucaqlayım?`

İraq ordusu Neynəva vilayətini işğal etmiş "İŞİD" terrorçularını zərərsizləşdirməkdə davam edir. Ordu qüvvələrinin apardığı anti-terror əməliyyatları zamanı Mosul, Tikrit və Kərkük demək olar ki, terrorçulardan təmizlənib. Şəhərlərdə gedən döyüşlərdə xeyli sayda terrorçu məhv edilib, bir qisim silahlı isə sağ ələ keçib.

Ötən gün İraq ordusu sadə vətəndaşları qətlə yetirmiş terrorçuları xalq arasına çıxarıb. İraqlıların terrorçulara dediyi sözlər isə ürək ağrısı ilə qarşılanıb. Aşağıda izləyəcəyiniz görüntülərdə İraq xüsusi təyinatlılarının Mosulda ələ keçirdiyi "İŞİD" terorrçuları ilə yerli əhalinin üzləşməsi öz əksini tapıb. Terrorçulara ik olaraq həyat yoldaşı sadə bir fəhlə olan qadın yaxınlaşır və ərinin ölümündən danışır. O, hadisəni gözünün qarşısında belə canlandırır: "Səs gəldi və ərim çölə çıxdı. Sonra bu qansızlar onu öldürdülər. Nə üçün onu öldürdün? Sonra bütün ailəsini itirmiş uşaq da eyni zamanda terorrçuları tanıyır və nədən günahsız yerə valideynlərinin öldürdüklərini onlardan soruşur: "Anamı, atamı nə üçün öldürdünüz? İndi mən onları öpmək üçün neyləyəcəyəm? Sizdən soruşuram, nə üçün? Allahın lənətinə gələsiniz. Mən bundan sonra neyləyəcəyəm? Sizin qətlinizə kim cavab verəcək?"

Digər bir qadın da ailəsini itirmiş iraqlıdır və terrorçulara ürək sözü belə olur: "Siz insan deyilsiniz? Sizin ailəniz, ananız, bacınız yoxdurmu? Siz bundan sonra necə insan olaraq yemək-yeyib su içəcəksiniz? Sizdə insanlıq deyilən heç nə yoxdur? Allah sizə lənət etsin." (AzadXeber.net)







Teqlər:  





Xəbər lenti