İraqın daha bir şəhəri İŞİD-in əlinə keçdi

İraqın daha bir şəhəri İŞİD-in əlinə keçdi
  16 İyun 2014    Oxunub:1271
Terrorçu “İraq-Şam İslam Dövləti” dünən Neynəva əyalətinin Tələfir şəhərini ələ keçiririb. "İŞİD” bu şəhərdə zindanlarda olan 700-dən artıq məhbusu azad edib. Qeyd edək ki, bu şəhərdə əsasən şiə türkmənlər yaşayır.

İraq ordusu isə Səlahəddin əyalətinin şimalında yerləşən 3 rayonu geri qaytarıb.

Bağdadda isə partlayış törədilib. Paytaxtın mərkəzində Əl-Bab qəsəbəsində törədilmiş terror aktı nəticəsində azı 12 nəfər ölüb və 28 nəfər yaralanıb.

Qeyd edək ki, terrorçu “İŞİD” təşkilatı bir həftədən artıqdır ki, Mosul Tikrit şəhərlərini, İraqın Suriya ilə sərhəddində yerləşən Neynəva və əl-Ənbar , İranla sərhəddə yerləşən Diyala və Bağdadın şimalında yerləşən Səlahəddin əyalətində bir çox şəhər, kənd və hərbi qərargahları ələ keçirib.

AzVision.az


Teqlər:





Xəbər lenti