Putinin təhqir edilməsinə Kremldən cavab

Putinin təhqir edilməsinə Kremldən cavab
  16 İyun 2014    Oxunub:1027
Kreml Ukraynanın xarici işlər naziri əvəzi Andrey Deşitsanın bəyanatını Rusiya xarici işlər nazirinin reaksiyasından sonra şərh edəcək.
Musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, baş verənlərin düzgün dəyərləndirilməsi üçün müəyyən zamana ehtiyac var.

Xatırladaq ki, iyunun 14-də Rusiyanın Ukraynadakı səfirliyi önündə etiraz mitinqi keçirilib. Az sonra aksiya yerinə gələn Deşitssa çıxışı zamanı Rusiya prezidentinin ünvanına təhqiramiz ifadələr işlədib. Onun bu sözlərinin videoyazısı YouTube videosaytında yerləşdirilib. Lakin az sonra oradan silinib.


Teqlər:





Xəbər lenti