Bu il ali məktəbi bitirən 225 tələbə diplom ala bilməyib

   Bu il ali məktəbi bitirən 225 tələbə diplom ala bilməyib
  07 Noyabr 2023    Oxunub:3066
Bu il Azərbaycanda ali məktəbi bitirən 225 tələbə dövlət imtahanından kəsilib və diplom ala bilməyib.
AzVision.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, 2022-2023-cü tədris ilində 7762 bakalavrdan 7532 tələbə dövlət imtahanında uğur qazanıb.

“Ali təhsil müəssisələrini bitirən 225 tələbə isə uğur qazanmayıb”, - nazirlikdən bildilib.

AzVision.az


Teqlər:





Xəbər lenti