Marqvelaşvili səs verdi
Onun sözlərinə görə, hazırda seçicilərin aktivliyi orta səviyyədədir. Seçicilərin səsverməsi ilə bağlı ilk dəqiq məlumatlar bu gün saat 12:00-da açıqlanacaq.
Gürcüstan prezidenti Georgi Marqvelaşvili öz seçkiməntəqəsində artıq səs verib. Prezident seçiciləri səsvermə prosesində aktiv olmağa çağırıb: "Hamını bu gün-Gürcüstan demokratiyasının konsolidasiyası günü - münasibəti ilə təbrik edirəm. Ölkənin bütün seçicilərini aktiv olmağa çağırıram və siyasi partiyalara xatırladıram ki, ilk növbədə onların qələbəsi deyil, demokratiyanın qələbəsi vacibdir".
Seçkilərdə ilk qanun pozuntusu Batumidə 66-cı seçki məntəqəsində qeydə alınıb. Müşahidəçilərin sözlərinə görə, seçki məntəqəsi qanunla müəyyən edilmiş vaxtdan (saat 07:00-dək) 15 dəqiqə tez açılıb.
Mətbuat konfransında Doşaşke kəndindəki (Sameqrelo-Zemo Svanetiya regionu) seçki məntəqəsində baş vermiş insidentlə bağlə bəyanat da verilib.
MSK-nın mətbuat katibi qeyd edib ki, bazar gününə keçən gecə Martvili rayonunun Doşaşke kəndində 16 saylı seçki məntəqəsində maskalı naməlum şəxslər səsvermə üçün daşına bilən seçki qutularını oğurlayıblar: "Doşaşke kəndində səsvermə prosesi təkrar keçiriləcək. Fakt üzrə Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi qaldırılıb".