ABŞ İŞİD-ə qarşı gəmi göndərir

ABŞ İŞİD-ə qarşı gəmi göndərir
  15 İyun 2014    Oxunub:860
ABŞ Körfəzə hərbi təyyarələr daşıyan gəmi göndərir.
AzVision.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb. ABŞ-ın Müdafiə naziri Chuck Hagel bildirib ki, hərbi təyyarələr daşıyan gəmi iyunun 15-də Fars Körfəzində mövqe tutacaq. İraqda getdikcə irəliləyən İraq Şam İslam Dövləti (İŞİD) yaraqlılarının hücumlarına görə bu ölkədə təhlükəsizlik şəraiti daha da pisləşsə həmin hərbi qüvvələrdən istifadə oluna bilər.

İyunun 14-ü axşam saatlarında ABŞ Dövlət katibi John Kerry İraqın Xarici İşlər naziri Hoshyar Zebari ilə danışıb. Dövlət katibi bildirib ki, ABŞ-ın yaraqlılarla mübarizədə İraqa köməyi o zaman effektli olar ki, bu ölkədə liderlər fikir ayrılıqlarına son qoya, son seçkilərin nəticələrini təsdiq edə və milli birlik hökuməti formalaşdıralar.

İŞİD yaraqlıları son bir neçə gündə İraqın şimalında və şərqində böyük ərazilərə nəzarəti ələ keçiriblər. O cümlədən də Mosul və Tıkrıt şəhərlərini alan yaraqlılar paytaxt Bağdada doğru irəliləyirlər.



Teqlər:





Xəbər lenti