Poroşenkoya qarşı sui-qəsd...
AzVision.az ANS PRESS-ə istinadən xəbər verir ki, prezidentin təhlükəsizlik xidməti partlayışın qarşısını vaxtında alıb.
Ötən gecə dövlət mühafizəsinin əməkdaşı Ukrayna prezidenti Petro Poroşenkonun Kiyevdə yerləşən administrasiyasının binasının yanında əldəqayırma partlayıcı qurğunu aşkar edib.
Məlumata görə, partlayıcı qurğu F-1 və RQD əl qumbarasından və mobil telefondan ibarət olub. Bundan başqa, onun içinə "qayka"lar qoyulub.