Ukraynada matəm elan olundu

Ukraynada matəm elan olundu
  14 İyun 2014    Oxunub:853
Ukrayna prezidenti Pyotr Poroşenko 15 iyunu ölkədə matəm günü elan edib.
Musavat.com-un UNN-ə istinadən verdiyi xəbərə görə, bu barədə prezidentin mətbuat xidməti açıqlama yayıb.

“Bazar günü mən bizim həlak olan hərbçilərimizlə bağlı matəm elan edirəm. Bu, təkcə həlak olanların ailələri üçün deyil, bütün ölkə üçün böyük itkidir. Ukrayna kədər içindədir. Ancaq biz sülh uğrunda mübarizəmizi davam etdiririk. Belə bir miqyasda xain terror aktına aidiyyəti olanların hamısı mütləq cəzasına çatacaq. Terrorçular adekvat cavab alacaqlar”, - deyə prezident bildirib.

Xatırladaq ki, iyunun 13-dən 14-ə keçən gecə şəxsi heyətin daşınması ilə məşğul olan və bölmələrə ərzaq aparan Ukraynanın İL-76 hərbi-nəqliyyat təyyarəsi Luqansk hava limanına enərkən terrorçular tərəfindən vurulub.


Teqlər:





Xəbər lenti