Növbəti 3 ildə Azərbaycanın 3 universiteti Top 800-ə düşə bilər

   Növbəti 3 ildə Azərbaycanın 3 universiteti Top 800-ə düşə bilər
  01 Noyabr 2023    Oxunub:1970
“Səhv etməkdən qorxan, risk etməyi sevməyən yanaşmalarla innovasiya etmək çətindir. Səriştəli şəxs innovasiya edə bilər. İnnovasiya zərurətdən yaranır, onu anlamaq lazımdır və fərqli yanaşma formalaşdırmaq lazımdır. Bunun üçün insanın səriştəsi də olmalıdır”.
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, son dövrlər startapların bir qismi sadə bacarıq üzərində formalaşıb:

“Bu satmaq bacarığıdır. Satış çox vacib bacarıqdır. Bir tip innovasiya buradan əmələ gəlir. İkincisi, fundamental bacarıq tələb edən məhsulu yaratmaqdır. Məhz səriştəli insanların meydana çıxması üçün fundamental bacarıqlar formalaşmalıdırlar”.

Nazir qeyd edib ki, əvvəlki 10 illə müqayisədə ali təhsil müəssisələri indi daha yaxşı mövqedədirlər:

“Azərbaycan universitetlərinin Top 500-də olması arzuolunandır. Lakin bunun arxasında tədqiqatlar, özəl sektorla iş birliyi durur. Bu, birdən-birə olmur. Çünki 5 illik nəticələrə baxılır. Növbəti 3 ildə real olaraq ən azı 3 universitetin Top 800-ə düşəcəyini proqnozlaşdırırıq”.

Aytən Zəhra
AzVision.az




Teqlər:





Xəbər lenti