Nazir 55 min bakalavr və 10 min magistra müraciət etdi

 Nazir 55 min bakalavr və 10 min magistra müraciət etdi
  01 Noyabr 2023    Oxunub:1719
“Təhsil olmadan innovasiyalar mümkünsüzdür, bu iki məfhum bir-biri ilə əlaqəlidir. Təhsil elə bir sahədir ki, qısa müddətdə uğur əldə etmək çətindir. Daha çox zamana ehtiyac var. Bu baxımdan zamanla zərurət arasında olan fərq də müzakirə olunmalıdır”.
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, innovativ düşüncə, yanaşmalar ümumi təhsil müəssisələrindən başlamalıdır:

“Bu gün azərbaycanlı gənclərin 55 minə qədər bakalavr, 10 minə qədəri isə magistr təhsili alır. Yaxın gələcəkdə bu rəqəm artacaq. Bu gün tələbəlik dövründə “məni kim işə götürəcək” kimi problemlərdən, “mən özüm hansı dəyəri yaradıb, inkişafa töhfə verirəm” keçid etməsi vacibdir”.


Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil   Elm  





Xəbər lenti