Avstriya Rusiyadan qaz idxalını iki dəfə artırıb

Avstriya Rusiyadan qaz idxalını iki dəfə artırıb
  31 Oktyabr 2023    Oxunub:1042
2023-cü ilin üçüncü rübündə Avstriyanın OMV şirkəti Avstriyaya tədarük üçün Qazpromdan ayda orta hesabla 5,4 terawatt-saat qaz alıb.
Bu barədə şirkətin hesabatı nda deyilir. Bu, 2022-ci ilin üçüncü rübündə verilən 2,5 teravatt-saatdan iki dəfə çoxdur. Hesabatlardan belə çıxır ki, şirkət Avstriya üçün ayda təxminən 55,8 milyon kubmetr qaz alıb. Bir il əvvəl bu rəqəm 25,85 milyon kubmetr səviyyəsində idi.

2022-ci il sentyabrın əvvəlində OMV Qazpromdan müqavilə həcminin yalnız 30%-ni, oktyabrda isə 65%-ni alıb.

AzVision.az


Teqlər:





Xəbər lenti