Bayden və Ərdoğan İraqı müzakirə etdi
“Vitse-prezident və baş nazir “İraq və Şam İslam Dövləti” təşkilatının regional və beynəlxalq təhlükəsizliyə vura biləcəyi zərbəni müzakirə ediblər. Onlar tezliklə iraqlıları və onların liderlərini ümumi təhlükəyə qarşı birləşdirmək məsələsində razılığa gəliblər”, -deyə məlumatda bildirilir.
Bayden həmçinin İraqın şimalında girov götürülən vətəndaşlarının azad olunması barədə Türkiyənin səylərini dəstəkləyib.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: