Obama: “İraqa əsgər göndərməyəcəyik”

Obama: “İraqa əsgər göndərməyəcəyik”
  14 İyun 2014    Oxunub:824
ABŞ prezidenti Barak Obama Amerika əsgərlərinin İraqa göndərilməyəcəyini bəyan edib.
AzVision.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, ABŞ dövlət başçısı “əsgərlərimizi bir daha İraqda savaşa göndərməyəcəyik”deyə İraq probleminə aydınlıq gətirib.

B.Obama həmçini bildirib ki, ABŞ tək başına İraqa girməyəcək. Prezident qeyd edib ki, İraq liderləri öz aralarındakı məzhəb qarşıdurmalarını həll etmədiyi və ortaq məxrəcə gəlmədikləri müddətdə ABŞ İraqa əsgər göndərməyəcək:

“Bunu açıq deyirəm. İraqlıların hamısı birlikdə işləməyə razılıq verməsələr, ABŞ İraqa daxil olmayacaq”-deyə, Obama əlavə edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti