540 ictimai fəal və mədəniyyət xadimi İrandakı əfqanlarla bağlı bəyanat imzalayıb
Təxminən 10 gün əvvəl bir qrup İran vətəndaşı Qəzvin vilayətinin İqbaliyyə şəhərinin küçələrində əfqan mühacirlərin olmasına etiraz edərək onların evlərinə hücum çəkib.
Bu xəbəri yayımlayan bəzi KİV-lər “İranda anti-Əfqan kampaniyasının güclənməsi” ilə bağlı xəbərdarlıq ediblər.
Bəyanatı imzalayanların fikrincə, bu cərəyana qoşulanlar “yalan məlumatların proyeksiyası, şişirdilməsi və dərc edilməsi” yolu, bəzən də “irqçi” davranış və çıxışlarla cəmiyyətin dolanışıq və təhlükəsizlik problemlərinin səbəbkarı kimi mühacirləri göstərməyə çalışırlar.
Bəyanata əsasən, İranda mühacirlərin sayı ilə bağlı dəqiq statistikanın olmaması ölkədə yaşayan əfqanlara qarşı yalan məlumatların, saxta xəbərlərin verilməsi və irrasional təhriklər üçün bəhanəyə çevrilib.
Bəyanatda, həmçinin vurğulanır ki, əfqanlar yüksək qiymətlərin, inflyasiyanın, işsizliyin, ekoloji problemlərin kəskinləşməsinin, təhlükəsizlik risklərinin və milli, iqtisadi, dolanışıq və təhlükəsizlik böhranlarının cilovlanması sahəsində “hökumətin səmərəsizliyinə” səbəbi ola bilməzlər.
AzVision.az