Səudiyyə Ərəbistanı İsraillə normallaşmaya dair danışıqları dayandırır
Bildirilir ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda Ər-Riyad münasibətləri normallaşdırmaq üçün diplomatik işləri dayandırıb.
Səudiyyə Ərəbistanı qərarını bu istiqamətdə diplomatik səylərin sonu deyil, fasilə kimi xarakterizə edib.
ABŞ rəsmisi isə öz növbəsində nəşrə bildirib ki, Bayden administrasiyası səudiyyəlilərlə təmasları davam etdirəcək, həmçinin münasibətlərin normallaşmasının dayandırılması barədə məlumat almayıb.
“Bloomberg” hesab edir ki, Ər-Riyadın qərarı Prezident Co Baydenin ambisiyalarına və onun Yaxın Şərqdəki siyasətinə ciddi zərbədir. Vaşinqton administrasiyası gərginliyin artmasına baxmayaraq, regionda normallaşma danışıqlarını təşviq etmək niyyətində idi.
AzVision.az
Teqlər: İsrail