SAXAL: HƏMAS 120-dən çox dinc insanı əsir saxlayır
Bundan əvvəl “Takvim və The Times of Israel” qəzeti özünün hesablamalarına görə, HƏMAS-ın 150 adamı əsirlikdə saxladığını yazıb. Vizual görüntüləri təhlil edən “The Washington Post” qəzeti isə, Qəzza bölgəsindən ən azı 64 girovun çıxarıldığını bildirib.
Dünən HƏMAS-ın “İzz əd-Dina əl-Kassama” döyüşçü qanadı İsrailin Qəzza zonasına endirdiyi zərbələr nəticəsində xarici vətəndaşlar da daxil olmaqla bir sutka ərzində 13 girovun öldüyünü açıqlayıb. Onların verdiyi məlumata görə, 6 əsir Şimal vilayətində, daha 7 girov isə Qəzzada həlak olub. Ölən xaricilərin vətəndaşlığı dədiləşdirilmir.
AzVision.az