"Siyasi təzyiqlər ucbatından Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıya bilməyib"
O qeyd edib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edib suverenliyini tam bərpa etməklə haqq-ədaləti təmin etdi: “Biz də haqqımızı almaq üçün bundan sonra da mübarizə aparacağıq.
Şimali Kiprə sanksiyalar tətbiq etməklə bizi diz çökdürməyə, bizləri Türkiyədən qoparmağa çalışırlar. Lakin kıbrıslı türklər buna icazə verməyəcək. Türkiyənin və Azərbaycanın dəstəyi, digər türkdilli dövlətlərin də bizimlə birgə addımlaması ilə Şimali Kipr indiyə qədər qarşılaşdığı haqsızlıqları sonlandıracaq”.
“Siyasi təzyiqlər ucbatından Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıya bilməyib. Biz bunu başa düşürük. Lakin bütün siyasi basqılara baxmayaraq biz Azərbaycandayıq və Azərbaycanla münasibətlərimiz günü-gündən inkişaf etməkdədir”.
AzVision.az
Teqlər: