Makronun casusluq mərəzi

          Makronun casusluq mərəzi
  09 Oktyabr 2023    Oxunub:3459
Hazırda bir sıra dövlətlərin rəhbərlərinin əməlləri və bəyanatları böyük siyasətə qeyri-ciddi və təsadüfi adamların ayaq açdıqlarını sübut edir. Təəssüf ki, bu sırada BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Fransa kimi ölkənin preizdenti Emmanuel Makron birincilik bayrağını son illər qibtə olunacaq inadkarlıqla əldə saxlayır. Onun casus proqramı ilə bağlı yeni qalmaqalı isə bu anti-reytinq “liderlilyi”ni əldən vermək fikrində olmadığını göstərir.
Erməni canfəşanlığından casusluq mərəzinə

Tarix boyu bu və ya digər siyasətçilər, xüsusilə də dövlət başçıları hətta açıq şəkildə belə hansısa ölkənin və ya xalqın maraqlarını beynəlxalq müstəvidə dəstəkləyəndə ən azı siyasi etiket qaydalarına əməl etməyə çalışırlar. Lakin bu müstəvidə ən elementar yanaşmanı pozan Fransa prezidenti Emmanuel Makron öz ölkəsində yaşayan erməni icması qarşısında hesabat, bəli, məhz hesabat, verərkən Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin təəssübünü Ermənistandan daha çox çəkdiyini bəyan etdi. Başqa sözlə desək, o, bütün dünyaya ermənilərin özündən çox erməni olduğunu sübut etməyə çalışdı.
Maraqldır ki, Avropa KİV-ləri qrupunun “Predador” casus proqramı ilə bağlı apardığı araşdırmaların nəticələri Fransa prezidentinin nəinki erməniçilik təəssübkeşi, hətta nə az, nə çox casusluq “dahi”si keyfiyyətində də tarixə düşmək iddiasında olduğundan xəbər verir. Öz şeflərinin arzusunu gözündə qoymaq istəməyən müşavirləri isə Fransanın “Softs Spy” şirkətinə aid məhsulların bir sıra dövlətlərə satılmasına dəstək göstəriblər.



Makronun “Predator”u


“Predator” casus proqramı insanlar, subyektlər və obyektlər haqqında məlumatlar toplamaq, əldə olunan bilgilərlə manipulyasiya etmək, cihazları, internet hesablarını sıradan çıxarmaq kimi geniş diapazonlu fəaliyyət sistemidir.

Məhz bu proqramın istifadəsi kontekstində 2018-ci ilin aprelində Yelisey sarayında “Nexa” şirkətinin təmsilçiləri Makronun müşavirləri və sarayın təhlükəsizlik məsələləri üzrə rəhbəri general Eric Pio Varina ilə görüşüblər. Görüşdə əsas fiqurlardan biri də Makronun təhlükəsizlik məsələləri üzrə müşaviri Aleksandr Pinella olub. Məhz Pinella “Nexa” ilə ərəb ölkələrindən biri arasında bu məsələ ilə bağlı vasitəçilik edib.

Həmin söhbətin əsas məzmunu da şirkətin öz məhsullarını, daha doğrusu casus proqramını təqdim və təkilf etməsi olub.

Maraqlıdır ki, məsələdən hali olan Paris məhkəməsi, insanlıq əleyhinə cinayətlərə görə apardığı təhqiqat nəticəsində, bu cür fəaliyyətlə bağlı ciddi şübhələr yarandığı qərarına gəlib. Belə ki, təhqiqatlar Fransa hökumətinə və bəzi ölkələrin kəşfiyyat orqanlarına xidmətlər göstərən “Nexa” şirkətinin Fransanın iki QHT-sinin şikayəti əsasında Paris məhkəməsinin araşdırdığı insanlığa qarşı cinayətlə mübarizə şöbəsinin istintaqı altında olduğunu üzə çıxarıb. Lakin terrorçuluqla mübarizə üzrə prokuror Jan-Fransua Rikarın istintaqın genişləndirilməsi tələbinə baxmayaraq Paris hakimiyyətinin təzyiqi altında məhkəmə bu qərarı dəstəkləməyib. Çünki Makronun 2019-cu ildə təyin etdiyi şəxs dəlillərin kifayət olmadığını əsas gətirərək buna qarşı çıxıb.


Prokurorun iddiasının qarşına sədd çəkilməsinin arxasında isə məhz Fransa prezidenti Emmanuel Makronun bir sıra ölkələri casus proqramı ilə təmin etməsi reallığı dayanır. Bu incə məqamlar araşdırmalrda aşkarlanıb və təhqiqat qrupu tezliklə araşdırmanın digər hissələrinin də açıqlanacağını bildirib.

Qalmaqalla bağlı artıq bir neçə media resurslarında daha detallı şəkildə məlumatlar yerləşdirilib. Məsələn, “hespress.com” saytında casus proqramı təminatı sahəsində ixtisaslaşan “Nexa” fransız şirkətinin öz məhsullarını bir sıra ölkələrə satması ilə bağlı iclasda Makronun şəxsən iştirak etdiyi vurğulanır.

Onun keçmiş müşavirinin isə həm də “Nexa” ilə smartfonları sındırmaq üçün nəzərdə tutulmuş “Predator” casus proqramını almaq niyyətində olan ərəb ölkələri arasında vasitəçi kimi çalışdığı bildirilir. Həmçinin, Fransanın bu proqramları Liviyanın öldürülmüş lideri Müəmmər Qəzzafiyə və liviyalı general Xəlifə Həftara ötürdüyü də aşkarlanıb.

Böhranların idarə edilməsi və risklərin təhlili üzrə tanınmış ekspert Əl-Buraq Şadi Abdel Salam Fransanın “Predator” qalmaqalının mərkəzi aktoru rolunu oynamasını və Yelisey sarayının rəhbərlərinin satış prosesində iştirakını şəxsən Emmanel Makronun ikiüzlü siyasəti ilə izah edir. Belə ki, nə qədər təəccüblü görünsə də, əvvəllər Makron, habelə beynəxalq dairələr, heç bir hüquqi əsas və dəlillər olmadan, Mərakeşi belə cəhdlərdə suçlandırıblar. Bu qalmaqalın Emmanuel Makronun siyasi karyerasına son qoyacağını deyən ekspert, indi Fransa hökuməti üçün ən “müqəddəs” anlayışın pul səsi olduğunu söyləyib.

Brüssel hara və kimin ağzına baxır

“Predator” qalmaqalını şərh edən “Amnesty International” beynəlxalq insan haqları təşkilatının baş direktoru Aqnes Kallamar bu araşdırmanın nəticələrinin “izləmə və casusluq məhsullarının heç bir nəzarət və hesabat olamadan azad və geniş şəkildə satılması” barədə çoxdankı qorxuları sübuta yetirdiyini deyib. Hüquq müdafiəçisi onu da vurğulayıb ki, Avropa ölkələri və Avropa İttifaqının müvafiq qurumalrı bu məhsulların satılması və ötürülməsinin effektiv mexanizmini təmin edə bilməyiblər.



“Amnesty International”in Təhlükəsizlik laboratoriyasının rəhbəri Datçcha Okerbel isə Aİ-nin məsuliyyətdən yayınmağı dayandırması və belə şirkətlərə nəzarət etməli olması zərurətini vurğulayıb.

Makronla bərabər Fransa da nüfuzdan düşür


Sağlam məntiqə sığmayan əməlləri və bəyanatları, habelə səbatsız daxili və xarici siyasəti ilə onsuz da öz nüfuzunu sıfırdan da aşağı salmış Emmanuel Makronun adı hallandırılan bu qalmaqal Fransanın da beynəlxalq arenada nüfuzunu uçuruma sürükləyir. Onun belə iyrənc və şübhəli işlərdə iştirakı qlobal miqyasda Fransanın bəyan etdiyi dəyərlərin və insanların təməl hüquqlarının inkarı deməkdir.

Bunun layiqli qiymətini isə çox yəqin ki, son vaxtlar ciddi şəkildə birə problemi ilə üzləşmiş fransızlar verəcəklər. Ölkənin üzləşdiyi sosial-iqtisadi problemləri həll etmək əvəzinə, etiraz aksiyalarına divan tutan və bunun qarşılığında casusluqla və casusluq məhsullarının satışı ilə məğul olan prezidentin siyasi aqibətinin acınacaqlı şəkildə bitəcəyi heç bir şübhə doğurmur.

Yeri gəlmişkən, Makronun casus imici erməniçilik ideoloqlarına və İrana xidmətdə onun çox karına gələ bilər. Belə ki, tarixən İranın casusluq şəbəkəsində məhz ermənilər əsas rollardan birini oynayırlar. Lakin Makronun özünün nə dərəcədə uğurlu casus olması böyük sual altındadır. Onun ötən il Rusiya prezidenti Vladimir Putinlə konfidensial telefon danışığını öz administrasiyasının əməkdaşlarının gizli iştirakı ilə aparması və bunu bir müddət sonra açıqlaması, elə indiki qalmaqalın özü də Makronun əslində çox bəsit düşüncəyə malik bir fiqur olduğunu göstərir. Ona görə də, belə keyfiyyətlərlə onun fərli bir casus olması da inandırıcı görünmür.

Beynəlxalq insan haqları təşkilatlarına gəldikdə isə, məhz onların Makronun təcavüzkar Ermənistanı və erməniçilik ideoloqlarını dəsətkləməsinə, Azərbaycana qarşı isə qərəzli bəyanatlarına və əməllərinə laqeyd yanaşması sözügedən qalmaqalın yaranmasını şərtləndirən əsas amillərdən biridir.

Amma hələ də gec deyil. Atalar demiş, ziyanın yarısından qayıtmaq da xeyirdir. Yəni Makronu yarı yoldan qaytarmaq həm Fransa xalqına, həm də beynəlxalq aləmə sərfəlidir.

Sahil İsgəndərov, politoloq





Teqlər:





Xəbər lenti