Dünya Çempionatına getmək çətinləşdi

Dünya Çempionatına getmək çətinləşdi
  12 İyun 2014    Oxunub:1011
Rio-de-Janeyro aeroportunun işçiləri Futbol üzrə Dünya Çempionatı öncəsi tətil elan ediblər.
Rio-de-Janeyroda dünya futbol çempionatının başlayacağı gün yerli vaxtla saat 00:00-da (Bakı vaxtilə saat 8:00-da) 3 aeroportun işçiləri tətilə çıxıblar. Texniki personalın 20%-i işini dayandıracaq. Məlumata görə, “Qalean” terminalının personalı da tətilə çıxıb.

Bu çempionata tamaşa etmək üçün ölkəyə gələn azarkeş turistlərə xidmət göstərilməsinə də təsir edəcək.

Tətillərə baxmayaraq aviaşirkətlər çempionat ərəfəsində xüsusi şərtlərlə işləməyə hazır olduqlarını bəyan ediblər.

Qeyd edək ki, tətilçilər iş şəraitinin yaxşılaşdırlmasını və maaşlarının artırılmasını tələb edirlər.

Səbinə


Teqlər:  





Xəbər lenti