Abbas Abbasov Putinə məktub yazdı

Abbas Abbasov Putinə məktub yazdı
  12 İyun 2014    Oxunub:1067
Baş nazirinin sabiq birinci müavini, “AzərRos”un Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Rusiya prezidenti Vladimir Putinə məktub ünvanlayıb.
AzVision.az-ın məlumatına görə, məktubda Abbas Abbasov həm şəxsən öz adından, həm də “AzərRos” təşkilatı adından Rusiya prezidentini dövlət bayramı – Rusiya günü münasibətilə təbrik edib.

“Son illər Rusiya Federasiyasi dinamik şəkildə irəli gedir, iqtisadi və sosial sahələri inkişaf etdirir. Bu sizin və ümumilikdə rus xalqının fəaliyyətinin nəticəsidir. Rusiyada yaşayan Azərbaycanlılar Rusiya Federasiyası və Azərbaycan arasında dostluq və qarşılıqlı yardım əlaqələrin olması ilə fəxr edir. Məhz buna görə, Rusiya-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq və əməkdaşlıq mərhələsinə yüksəlmişdir”, deyə Abbasovun Rusiya prezidentinə göndərdiyi məktubda bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti