Paris: "Tehran sabitliyi pozan raket fəaliyyətinə son qoymalıdır"
“Kosmosa buraxılışlar və ballistik buraxılışlar üçün istifadə olunan texnologiyaların yaxınlığını nəzərə alsaq, bu buraxılış İranın ballistik raket proqramında həyəcan doğuran irəliləyişinə birbaşa töhfə verir. İranın bu hərəkəti ballistik raket proqramının beynəlxalq ictimaiyyəti nə dərəcədə narahat etməsi məsələsini bir daha xatırladır. Fransa beynəlxalq tərəfdaşları ilə birlikdə İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün tam səfərbər olacaq”, - bəyanatda deyilir.
“Nur 3” peykinin orbitə göndərilməsi ilə bağlı xəbərlərə ilk reaksiyanı Vaşinqton verib. ABŞ-nin ardınca Böyük Britaniya və Almaniya hökumətləri bəyanat yayaraq İranın bu hərəkətini tənqid edib.
- İranın hərəkətləri bir daha onun beynəlxalq məhdudiyyətlərə məhəl qoymadığını göstərir və bu rejimin qlobal təhlükəsizliyə ciddi təhdid yaratdığını göstərir”, - Londonun bəyanatında deyilir.
Almaniyanın Xarici İşlər nazirliyi isə Berlinin və onun tərəfdaşlarının İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün bütün mövcud diplomatik vasitələrdən istifadə etməkdə qərarlı olduğunu açıqlayıb.
AzVision.az