Nobel Sülh mükafatı Güneyli azərbaycanlıya verildi

Qərara əsasən, mükafat “qadınların zülmünə qarşı mübarizəsinə”, habelə “hamı üçün insan hüquq və azadlıqlarının təşviqi uğrunda mübarizəsinə görə” verilib.
Qeyd edək ki, Nobel Sülh mükafatı laureatına 2023-cü il üzrə 212 fiziki şəxs və 93 təşkilatdan 305 namizəd irəli sürülüb.
Xatırladaq ki, Nərgiz Məhəmmədi 1972-ci il aprelin 21-də Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. Tanınmış jurnalist və hüquq müdafiəçisidir. İranda bir sıra KİV-də işləyib.
2022-ci ilin sentyabrında İranda başlayan etiraz aksiyalarına ilk qoşulanlardan və fəal iştirakçılarından olub. O, 16 il müddətinə azadlıqdan məhrum edilib.
AzVision.az
Teqlər: